Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Bakıda “Bulvar Hotel”in açılışında iştirak edib

15 may 2015 | 10:00

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xətai rayonunda yerləşən  “Bulvar Hotel”in açılışında iştirak ediblər. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında yerləşən “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Oteldə 818 nömrə var. “Bulvar Hotel”in paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır. Otelin tikintisi zamanı əsas meyar qonaqların rahatlığını maksimum yüksək səviyyədə təmin etməkdən ibarət olub. Burada müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün də geniş şərait yaradılıb.

Keçidlər