Xətai məktəblərində “Son zəng” çalındı
29-30 may tarixlərində Xətai rayonunda fəaliyyət göstərən təhsil ocaqlarında son zəng həyacanı yaşandı.
Bu il rayon ərazisində fəaliyyət göstərən 37 orta ümumtəhsil məktəbində təhsil alan 3200 nəfər IX sinif şagirdi, 2524 nəfər isə XI sinif şagirdi təhsilini başa vurdu.
Son zəng tədbirlərində çıxış edən müəllimlər və valideynlər müstəqil həyata vəsiqə alan məzunlara uğurlar arzuladılar və müstəqil Azərbaycanın çiçəklənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü bildirdilər.
Dərs fəaliyyətində yaxşı nəticə göstərən şagirdlərə fəxri fərmanlar təqdim edildi.
Bütün məzunlara Xətai rayon İcra Hakimiyyəti adından uğurlar diləyir, son zəng münasibətilə əziz müəllimlərimizi və hörmətli valideynləri təbrik edirik.