Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun- Uşaqların müdafiəsi günü qeyd edildi.

02 iyun 2015 | 10:00

Xətai rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xətai rayonunda yerləşən Bakı SOS Uşaq kəndində, 1 iyun uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert keçirilmişdir. Tədbirdə Bakı SOS Uşaq kəndinin uşaqları, Bakı SOS Uşaq kəndinin direktoru Yaşar Qocayev, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Xətai rayon İcra Hakimiyyətininin əməkdaşı Tofiq Məmmədov, Xətai rayon mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edirdilər.
Konsertin aparıcısı Humay Muxtarova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təşkil olunmuş konsert proqramını açıq elan edərək, uşaqları bu gün münasibətilə təbrik etdi. İlk olaraq Bakı SOS Uşaq kəndinin direktoru Yaşar Qocayev tədbir iştrakçılarının salamlayaraq, təşkil olunmuş şənliyə görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə minnətdarlığını bildirdi.
Daha sonra Xətai rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Məmmədov öz çıxışında uşaqlara xoş arzularını çatdırdı.
Tədbirdə nağıl qəhrəmanlarının ifasında göstərilən səhnəciklər uşaqların sevincınə səbəb oldu. Klounun təşkil etdiyi viktorinalarda galib gəlmiş uşaqlara hədiyyələr paylandı.
Sonda tədbir iştrakçılarının və uşaqların birgə ifa etdikləri  rəqs ilə bitdi.

Keçidlər