Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısı Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak edib.

05 iyun 2015 | 10:00

Bu gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xətai rayonunda yerləşən Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış oldular.

Dövlətimizin başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşdülər.

Daha sonra dövlətimizin başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış oldular.

 

Keçidlər