Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun – Milli Qurtuluş günü

11 iyun 2015 | 10:00

15 iyun – Milli Qurtuluş günü münasibətilə  Xətai rayonunda tədbir keçirildi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyində müstəsna yeri olduğunu və haqlı olaraq,  tariximizə müstəqil Azərbaycanın banisi kimi həkk olunduğunu bildirdi. Böyük dövlət xadiminin qüdrətinin xalqdan qaynaqlandığını vurğulayan natiq ulu öndəri hüquqi dövlət qurucusu, sabitliyin təminatçısı adlandırdı.
       Tədbirdə çıxış edən YAP-nın rayon təşkilatın sədri millət vəkili Hüseynbala Mirələmov, YAP siyasi şurasının üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professor Ədalət Fərəcov və digər   rayon ziyalıları ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, proqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Qeyd olundu ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev  əməyinin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
        Bu uğurlu idealogiyanın və uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bunun bariz nümunəsi 12 iyun 2015-ci il də təntənəli açılış mərasimi ilə start veriləcək, 20 idman növü üzrə 50 ölkədən 6000 idmançının iştirak edəcəyi I Avropa Olimpiya Oyunlarıdır.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayoiş olundu.

Keçidlər