Yeni park tikintisi üçün hazırlıq işləri
25 iyun 2015 | 10:00
İyun ayının 25-də rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Zığ yolu 22, 22 a, 22 b, 22 v və 26 saylı binaların həyətlərində abadlıq işlərinin aparılması və məhəllədaxili yeni istirahət və əyləncə parkının salınması ilə əlaqədar əraziyə baxış keçirmişdir. Baxış zamanı bina sakinləri nəzərdə tutulan bu abadlıq işlərinin aparılmasından razılıq edərək rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Artıq abadlıq-quruculuq işləri çərçivəsində vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt olunmuş hasarların söküntüsünə başlanılmışdır.