Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəllələr arası “Mini-Futbol”

03 iyul 2015 | 10:00

03 iyul 2015-ci il tarixdə 204 №li tam orta məktəbin bazasında torpaqlarımızın azadlığı uğrunda şəhid olan Milli Qəhrəman Ələkbər Əliyevin xatirəsinə həsr edilən Məhəllələr arasında “Mini-Futbol” idman növü üzrə rayоn açıq birinciliyinin final mərhələsi kеçirilmişdir.
Final mərhələsinin oyunları AFFA-nın hakimləri tərəfindən idarə olunmuşdur. Yarışın III yer uğrunda oyununda “Buta” komandası “Dostluq” komandasına 6-0 hesabı ilə qalib gəlmişdir. Final oyununda “Əhmədli” komandası “Uğur” komandasına 4-1 hesabı ilə qalib gələrək I yeri tutmuşdur.  Yarışların bağlanış mərasimində məktəbin direktoru Ziba Rzayeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin nümayəndələri, Milli Qəhrəman Ələkbər Əliyevin qardaşı Nürəddin Əliyev, oğlu Xəyal Əliyev və digər şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olan Ələkbər Əliyevin vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar vermişlər. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.

Keçidlər