Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılmışdır.

16 iyul 2015 | 10:00

15 iyul 2015-ci il tarixdə Xətai rayon İcra hakimiyyəti tərəfindən   Əhmədli məscidində iftar süfrəsi açılmışdır. Mərasimdə  rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ, Çernobıl, 20 Yanvar əlilləri və digər rayon sakinləri  iştirak etmişlər. 200 nəfərin  iştirak etdiyi mərasimdə əvvəlcə, Qurani-Kərimdən surələr oxunmuş, dualar edilmişdir. Rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadə, Əhmədli məscidinin axundu Murad Cəfərov və digər çıxış edənlər İslami dəyərlərin qorunub saxlanılmasının vacibliyindən , bu müqəddəs ayın mahiyyətindən, fəzilətindən söhbət açmış, xalqımızın rifah halının yaxşılaşması, ölkəmizin firavanlığı üçün çalışmış Ulu Öndər Heydər Əliyevin,  torpaqlarımızın suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar etmişlər. Mərasimdə həmçinin bildirilib ki, Heydər Əliyevin  siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycanda vicdan azadlığı, dini tolerantlıq hökm sürür  və   dövlət başçısının rəhbərliyi  altında ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu islahatlar hər bir azərbaycanlınının qürur mənbəyidir. Sonda mərasim iştirakçıları iftar süfrəsinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər