Şriftin ölçüsü :

Saytın rəngi :

Milli mətbuat günü münasibətilə Xətai rayonunda tədbir keçirilib.

16 iyul 2015 | 10:00

Mətbuat günü münasibətilə Xətai rayonunda tədbir keçirilib. YAP-nın rayon təşkilatında keçirilən tədbirdə çıxış edən  Xətai rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva Milli Mətbuatın 140 illik münasibətilə mətbuat işçilərin tədbik etdi. Bildirdi ki, bu gün Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyev müstəqil mətbuatın formalaşması və inkişafına misilsiz töhfələr verib.  Ulu
öndər Heydər Əliyev ölkədə söz və mətbuat azadlığının təmin edilməsində
tarixi xidmətlər göstərib. Məhz ulu öndərin müvafiq Fərmanı ilə mətbuat üzərində senzura ləğv edilib, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silinib. Vurğulandı ki, bu sahənin inkişafı və jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi ilə bağlı tədbirlər bu gün  də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov 140 illik böyük və şərəfli inkişaf yolu keçdiyini, mətbuatımızın mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini bildirdi.
    Çıxış edən KİV nümayəndələri rayon icra hakimiyyəti ilə sıx əməkdaşlıq
etdiklərini dedilər, görüşə görə minnətdarlıq etdilər.Qeyd olundu ki, İndi
ölkəmizdə mətbuat və söz azadlığına ən yüksək səviyyədə dövlət qayğısı var. Prezident İlham Əliyevin sərəncamına əsasən KİV nümayəndələri üçün yaşayış binasının inşası və yenisinin təməlinin qoyulması bu istiqamətində görülən tədbirlərin ardıcıl xarakter almasını göstərir.
     Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə bir sıra KİV nümayəndəsinə hədiyyələr təqdim olundu.

Keçidlər