Xətai rayonunda ordudan təxris olunan gənclərlə görüş keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində dövlət başçısının məlum sərəncamı ilə ehtiyata buraxılan əsgərlərlə görüş keçirilib. Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə ehtiyata buraxılanlara hərbi biletlər paylanılıb.
Tədbirin keçirilməsində əsas məqsəd ordu sıralarından tərxis olunan gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətini diqqətdə saxlamaqdır. Xətai rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva silahlı qüvvələrimizin qüdrətindən, dinamik inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da gedən böyük irəliləyişlərdən
danışdı. Bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev müasir mütəşəkkil ordu yaratmaqla Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən birinə nail oldu. Ulu öndərin rəhbərliyi altında qısa müddətdə
Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ölkəmizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevin ardıcıl səyləri və kompleks tədbirləri nəticəsində isə hazırda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Gəncləri təbrik edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Eldar Tağıyev ordu quruculuğunda görülən işlərdən danışdı. Vurğuladı ki, dövlət başçısının məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi olaraq indi Azərbaycan Silahlı Qüvvvələri güclü maddi-texniki bazası, şəxsi heyəti yüksək döyüş və mənəvi psixoloji
hazırlığı ilə seçilir. Taleyini şərəfli hərbi peşəyə bağlayanların sayının ilbəil
artması da bu sahəyə hərtərəfli dövlət qayğısından irəli gəlir. Artıq müxtəlif
ölkələrin gənclərinin respublikamızın müasir şəraiti, hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil almaları da diqqəti çəkən faktdır .
Vətən qarşısında borclarını yerinə yetirməkdən şərəf hissi duyduqlarını deyən hərbi xidmətdən tərxis olunan gənclər onlara göstərilən diqqətdən razılıqlarını bildirdilər. Sonda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və hədiyyyər verildi.