Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyətində müşavirə.

07 avqust 2015 | 10:00

07.08.2015-ci il tarixdə Xətai  rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin , bələdiyyə sədrləri,  MKTB-nin, Sahə İnzibati Ərazi Dairələrinin, hüquq-mühafizə orqanlarının və digər təşkilatların rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə rayonda mövcud vəziyyət və qarşıda duran vəzifələrin icrasının müzakirəsi aparıldı. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  İcra nümayəndəliklərin fəaliyyəti, küçə işıqlarının bərpası, məhəllədaxili ərazilərdə asfalt örtüyünün dəyişdirilməsi, qarşıdan gələn seçkilərlə bağlı   seçki məntəqələrinin maddi-texniki vəziyyəti və s. bu kimi məsələlərə nəzarətin artırılması üçün aidiyyatı idarələrin rəhbərlərinə xüsusi tapşırıqlar verdi.
     Razim Məmmədov  həmçinin,  məhəllədaxili ərazilərdə əhali tərəfindən qanunsuz olaraq zəbt edilmiş və çəpərlənmiş ərazilərin təmizlənməsi, məişət tullantılarının vaxtlı-vaxtında daşınması və bunun üçün yeni zibil yeşiklərinin və zibildaşıyan maşınların alınması məsələsinin müzakirəsi, vətəndaş qəbulları zamanı qaldırılan məsələlərə xüsusi həssaslıqla yanaşılmasının vacibliyi və bu işin həm, xidmət sahələrində, həm də aparatın məsul işçiləri tərəfindən aparılmasının vacibliyini diqqətə çatdırdı.

Keçidlər