Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq, quruculuq işləri davam etdirilir.

13 avqust 2015 | 10:00

Xətai rayonu ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində bir sıra küçə və prospektlərdə abadlıq və quruculuq işləri davam etdirilir.
       Son illər ərzində rayon ərazisində yeni yaşıllıq zolaqlarının, park və meydanların salınması, əvvəldən mövcud olanların yenidən qurulması artıq ənənəyə çevrilib.
  Rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun tapşırığı ilə rayonun bütün ərazilərində, o cümlədən,  General Mehmandarov, Məzahir Rüstəmov, Telnov və  Neapol küçələrində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
        Əhalinin rahat gediş-gəlişini  təmin etmək məqsədilə yol kənarlarında olan piyada səkiləri dəyişdirilir və yerinə tamet plitələr düzülür.
     Həmçinin sakinlər tərəfindən qeyri-qanuni zəbt edilmiş ərazilərdə çəpərlər sökülür, həmin sahələr abadlaşdırılır. Küçə boyu yaşıllıq zonaları salınır, məhəllədaxili istirahət parkları və uşaq əyləncə guşələrində təmizlik işləri aparılır. Yararsız hala düşmüş əyləncə elementləri, oturacaqlar və s. bərpa edilir. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində rayon ərazisində fəaliyyət göstərən 4 seçki dairəsində də təmir-bərpa, abadlıq işləri yüksək səviyyədə həyata keçirilir.

Keçidlər