Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində sakinlərlə ilə görüş keçirilmişdi.

15 avqust 2015 | 10:00

15 avqust 2015-ci il tarixdə rayon İcra Hakimiyyətində Məhəmməd Hadi küçəsi 136 ünvanda yerləşən, istismara qəbul edilməmiş binanın sakinləri qəbul edilmişdi. Bina sakinləri bildirmişlər ki, vaxtilə Bakı Metropoleni tərəfindən inşa edilmiş lakin tikintisi tam başa çatmamış  bina istismara qəbul edilmədiyindən onlar həmin binaya daimi pasport qeydiyyatına düşə bilmirlər, eləcə də mütəmadi olaraq müxtəlif problemlərlə qarşılaşırlar. Bu səbəbdən də rayon İcra Hakimiyyəti tərəfindən binanın istismara qəbul edilməsi ilə əlaqədar əlaqədar təşkilatlar qarşısında vəsadət qaldırılmasını və problemin həllinə köməklik köstərilməsini xahiş olunur.
         Bununla əlaqədar rayon Mənzil Kommunal Təssərüfat Birliyinə, memara və 118 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təssərüfat sahəsinə məsələnin yerində araşdırılması və tədbirlər görülməsi  tapşırıldı.

Keçidlər