55 nömrəli məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş " Tarix yazan imza " mövzusunda tədbir keçirildi
Mayın 8-də Xətai rayonu 55 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş " Tarix yazan imza "adlı tədbir keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, YAP Xətai rayon təşkilatının nümayəndəsi Fidan Əliyeva, şagird və müəllim kollektivi iştirak edib.
Çıxış edənlər Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat veriblər. Bildirilib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində idi.
Tədbir şagirdlərin səsləndirdiyi gözəl şeirlər, musiqi və rəqs nömrələri ilə davam etdi.