Şriftin ölçüsü :

Saytın rəngi :

55 saylı məktəbdə Beynəlxalq Ahıllar günü münasibətilə tədbir keçirilib

03 oktyabr 2023 | 08:54

02 oktyabr 2023-cü ildə Xətai rayonu 55 saylı tam orta məktəbdə Beynəlxalq Ahıllar günü münasibətilə tədbir küçirilib.Tədbirdə şəhid anaları, ahıl sakinlər və məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova qeyd edib ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq  Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalanıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas almasına imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.

 

Tədbirdə çıxış edən  rayon ahılları onlara göstərilən dövlət qayğısından söz açaraq dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər