Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.

23 noyabr 2012 | 11:00

2012-ci ilin noyabr ayı ərzində Xətai rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun Nobel prospekti-Zığ yolu, A.Cəlilov, Y.Səfərov, R.Məmmədov, N.Tusi küçələrində və Gəncə prospektində 5000 m2-dən çox yaşıl örtük salınmış,300-dən çox ağac əkilmiş,Nobel pr 3,5,7, A.Cəlilov 5,7, Y.Səfərov küçəsi 8 və 10 ünvanında binaların dam örtüyünün mansard tipli dam örtüyü ilə əvəz olunması üzrə hazırda son tamamlanma işləri aparılır, binaların fasadları üzlük daşla üzlənir, eyvanlara dekorativ məhəccər quraşdırılır.
Yaşayış binalarının fasadları və istinad divarları rənglənmiş,məhəllədaxili ərazilərdə, küçə və səkilərdə sanitar təmizlik işləri aparılmış, səliqə-səhman yaradılmışdır.
Xətai rayon İcra Hakimiyyətinin və Türkiyə Respublikasının Tarsus şəhər Bələdiyyəsi ilə qardaşlıq əlaqələrinin şərəfinə hazırda rayonun R.Məmmədov küçəsində yeni “Dostluq” parkının inşasına başlanılmışdır. Eyni zamanda rayon ərazisində M.Rüstəmov küçəsində sakinlərin istirahəti üçün abad həyət salınmış və digər ünvanlarda da salınması və uşaq-əyləncə vasitələrinin quraşdırılması nəzərdə tutulmuşdur.
 

Keçidlər