Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Telnov küçəsində yerləşən MTK-nın sakinləri ilə görüşdü

15 avqust 2015 | 10:00

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 15 avqust 2015-ci il tarixdə Telnov küçəsi,12 ünvanda yerləşən “Əzizbəy” MTK-nın bir qrup sakinini xahişi ilə onları qəbul etdi.      
      Görüş zamanı sakinlər yaranmış bir sıra problemlərin, o cümlədən binanın qazla təmin edilməsi, lift, işıq, su və digər problemlərin həllinə, təsisçi ilə bina sakinləri arasında yaranmış anlaşılmazlığın aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər. 
     Bununla əlaqədar başçının müavinlərinin, şöbə müdürlərinin, rayon Mənzil Kommunal Təssərüfat Birliyi, xidmət sahələrinin rəhbərlərinin, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə məsələnin yerində araşdırılması və ədbirlər görülməsi  tapşırıldı.

Keçidlər