Rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu keçirilmişdir.
07 sentyabr 2015 | 10:00
07.09.2015-ci il tarixdə keçirilən rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 11 nəfər rayon sakini iştirak etmişdir.
Qəbulda vətəndaşlar tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli, içməli su təminatında olan problemlər, mənzil növbəsi, layihənin təsdiqi, sökülmüş binaların kompensasiya məsələsi, işsizlik ilə bağlı müraciətlər dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verdi. Qəbulda həmçinin İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.