Şriftin ölçüsü :

Saytın rəngi :

Komanda qərargah hərbi oyunların yekunu ilə bağlı Xətai rayon icra hakimiyyətində iclas keçirildi.

23 sentyabr 2015 | 10:00

Dövlət başçısının təsdiq etdiyi plana əsasən, keçirilən Komanda Qərargah Hərbi Oyunları zamanı təlim toplanışların yekunu ilə bağlı Xətai rayon icra hakimiyyətində iclas keçirilib. Rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirak etdiyi toplantıda gənclərin təlimlər zamanı göstərdikləri
fəallıq müzakirə mövzusu olub.
      Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək  Komanda Qərargah Hərbi Oyunları keçirildi. Burada əsas məqsəd silahlı qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılmasıdır.
      Bu fikirlər Xətai rayon icra hakimiyyətində təlim toplanışlarının yekunlarına həsr olunan iclasda səsləndi. Rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev silahlı qüvvələrimizin qüdrətindən, dinamik inkişaf edən ölkəmizdə  bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da gedən böyük irəliləyişlərdən danışdı. Ölkəmizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevin ardıcıl səyləri və kompleks tədbirləri nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Rayon gənclərinin təlim toplanışlarına qısa müddət ərzində tam hazır olması isə bunu bir daha təsdiq etdi.
     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Eldar Tağıyev isə əlavə etdi ki, Komanda Qərargah Hərbi Oyunları zamanı Xətai rayon çağırışçıları ən yüksək fəallıq göstərərək ilk yerləri tutublar. Bu məsələdə rayon rəhbərliyi, daxili işlər nazirliyi və digər aidiyyatı qurumlar birgə faəliyyət göstəriblər.Təlimlərə ümumilikdə 65.000 nəfərədək şəxsi heyət, zirehli texnika, raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr cəlb edilib.
     Tədbirin yekununda təlimlər zamanı fəallıq göstərən bir qrup gəncə diplomlar təqdim edilib.

Keçidlər