Beynəlxalq Ahıllar günü Xətai rayonunda qeyd edildi.
1 Oktyabr-Beynəlxalq ahıllar günü Xətai rayonunda da qeyd edilib. Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə 200-ə yaxın ahıl insan iştirak edib.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynli tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu qəbildən olan insanların sosial problemlərinin həllinə dövlət qayğısı ildən-ilə artır. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Rayon ərazisində rayon İcra Hakimiyyəti, müxtəlif dövlət müəssisələri, və digər təşkilatlar tərəfindən əlil, tənha və ahıl insanlar xüsusi qayğı ilə əhatə olunmuşlar.
Tədbirdə çıxış edən ahıllar son dövrlərdə onlara dövlət qayğısının daha da artdığından söz açaraq bildirdilər ki, Ölkə rəhbərinin onların bir çox sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması, pensiya müavinətlərinin artırılması sahəsində verdiyi sərəncam və tapşırıqlar bunun bariz nümunəsidir. Buna görə bir daha dövlət başçısına öz minnətdarlığlarını bildirdilər.
Tədbir konsert proqramı ilə davam etdirildi.