Şriftin ölçüsü :

Saytın rəngi :

55 saylı məktəbdə şəhid Samir Əliyevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub

17 oktyabr 2023 | 11:41

16.10.2023-cü ildə Vətən Müharibəsi şəhidi Əliyev Samir Əliheydər oğlunun təhsil aldığı 55 saylı tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş “Vətənimdə parlaq günəş” filminin təqdimatı keçirilib.

Filmin təqdimatında Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakşıları və Şəhid Ailələri ilə İşin Təşkili  şöbəsinin  müdiri Anar Məmmədov, şəhidin ailə üzvləri, məktəb kollektivi və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakşıları və Şəhid Ailələri ilə İşin Təşkili  şöbəsinin  müdiri Anar Məmmədov qeyd edib ki, şəhidlərimizn qanı yerdə qalmayıb. Bu günlərdə bütün şəhidlərimizin qisasının alındığı o şərəfli və qürurlu günləri yaşamaqdayıq. Artıq üç rəngli bayrağımız 30 il  işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi,  Samir kimi igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub.

Çıxış edən digər qonaqlar Samir Əliyevlə bağlı  xatirələrini danışıblar.  

Şəhidin anası Sevda Əliyeva ölkədə şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  ailə üzvləri adından minnətdarlıq edib.  

Keçidlər