Şriftin ölçüsü :

Saytın rəngi :

56 nömrəli məktəbdə "Şən startlar" komanda yarışı keçirilib

06 mart 2024 | 12:14

06.03.2024-cü il tarixdə Xətai rayonunda OCEP layihəsi çərçivəsində "Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş məktəblərarası idman yarışı keçirilib. Yarışda OCEP məktəblərindən 56, 220, 27 və 7 nömrəli məktəblərin şagirdləri iştirak ediblər.

Tədbirə Xətai rayonu İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Milli Olimpiya Komitəsinin beynəlxalq layihələr üzrə marketinq idarəsinin rəisi Mehman Kərimov, şöbənin əməkdaşı Ruslan Məmmədov də qatılıblar.  Yarışmada şagirdlər güllə atıcılığı, stolüstü tennis, uzununa tullanma, qol güləşi və turnikdə idman bacarıqları üzrə qüvvələrini sınayıblar. Sonda  qaliblərə diplomlar təqdim olunub.

Keçidlər