Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.
24-25 noyabr 2012-ci ildə Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilmişdir.“Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara, Daşkəsən,Gədəbəy rayonlarından ümumilikdə 209.6 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.
Yarmarkada məhsullar əhaliyə bazarlardakından 20-25 faiz ucuz qiymətə satılmışdır. Belə ki, şəhər əhalisinə sərfəli qiymətə nar, heyva, feyxoa, xiyar, xurma, pomidor, üzüm, naringi, yerkökü, çuğundur, kələm və digər məhsullar təklif olunmuşdur.Qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata,quş əti 2.6-3.0 manata, soğan 0.20-0.30, kartof 0.30-0.60, yumurtanın bir ədədi 0.06-0.08 qəpiyə və s. təşkil etmişdir.
Yarmarkada nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna nəzarət edilmiş, bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılmışdır.
Alıcılar yarmarkada məhsulların keyfiyyətindən və qiymətindən razılıqlarını bildirmişlər.