Xətai rayonunda müəllim adına diqqət və qayğı.
Xətai Rayon İcra Hakimiyyətinın tədbirlər planında daimi yer almış Müəllimlər Günü ənənəyə uyğun olaraq yenə böyük təmtəraqla qeyd olundu.
Rayon ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə keçən bayram şənliyinin rəsmi hissəsini icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, sözün əsl mənasında, özü böyük müəllim olan ulu öndər Heydər Əliyev müəllim zəhmətini daim yüksək qiymətləndirmiş və bu zümrədən olan insanlara həmişə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli liderin bu sahədəki irsi dövlət başçımız Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir.
Razim Məmmədov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən strateji tədbirlər tədris ilinin yekununda yüksək nəticələrin əldə olunmasına zəmin yaratmışdır.
Natiq Xətai rayon məktəblərinin simasında əldə olunan nətcələrdən söz açaraq bildirdi ki, son bir neçə ildə rayonumuz təhsil sahəsində böyük nailiyyətlərə imza atmışdır. Ötən tədris ili də istisna olmamışdır. 2014-2015-ci tədris ilində təhsilini başa vuran 2600 şagirddən 2367 nəfəri ali mıəktəblərə qəbul üçün sənəd vermiş və 1576 nəfəri və ya 66,58 faizi yüksək nəticə göstərərək ali məktəbə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızın 227 nəfəri 500-600, 85 nəfəri 600 – 650, 40 nəfəri isə 650 – 700 bala qədər nəticə göstərmişdir.
R.Məmmədov həmçinin qeyd etmişdir ki, 650 baldan yuxarı nəticə göstərən 40 məzun rayonun 19 məktəbinin yetirməsidir. Ümumiyyətlə 2014-2015-ci tədris ilində məktəbi qızıl medalla bitirmiş 5 məzunumuzun hər biri yüksək nəticə göstərərək ali məktəblərə qəbul olumuşdur. Respublika üzrə Azərbaycan Prezidentinin təqaüdünə layiq görülən 102 tələbənin 6 nəfəri Xətai rayon orta məktəblərinin məzunlarıdır.
İcra başçısı ali məktəblərə qəbul faizinə görə fərqlənən məktəbləri qeyd edərək