Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisə seçkilərə hazırlıqla bağlı müşavirə keçirilmişdir.

05 oktyabr 2015 | 10:00

5 oktyabr 2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə 1 noyabr 2015-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərə hazırlıq işlərinə həsr edilmiş müşavirə keçirilmişdir.
   Rayon qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, rayon MKTB-nin rəhbərlərinin, Xətai və Əhmədli bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən  müşavirədə hazırlıq işlərinin gedişi barədə ətraflı məlumat verilərək bildirildi ki, rayon ərazisində 4 dairə seçki komissiyyası üzrə 136 seçki məntəqəsi fəaliyyət göstərir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq  maddələrinə uyğun olaraq seçkilərə hazırlıq işləri çərçivəsində bütün dairələr üzrə seçkilərin keçiriləcəyi məntəqələrin texniki hazırlıq vəziyyəti yoxlanılıb. Mövcud problemlər aradan qaldırılıb. Hər bir məntəqənin qarşısında təşviqat kompaniyası zamanı namizədlərin və seçicilərin normal fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan təşviqat lövhələri qurulub.
     Rayon İcra Hakimiyyəti başçısının 07.08.2015-ci il tarixli, 191 saylı sərəncamı ilə hər dairənin ərazisində görüşlərin keçirilməsi üçün bir açıq və bir qapalı yer ayrılmışdır. Hazırlıq işləri tam nəzarətdə saxlanılır.
      Sonra  dairələr üzrə təhkim olunmuş məsul şəxslər də ayrı-ayrılıqda gördükləri işlər barəsində məlumat verdilər.
      Müşavirənin sonunda Razim Məmmədov bir daha bu siyasi tədbirin önəmini vurğulayaraq bildirdi ki, seçkilərin demokratik və şəffaf keçirilməsini təmin etmək məqsədilə hər kəs öhdəsinə düşən işin məsuliyyətini dərk etməli və işinə məsuliyyətlə yanaşmalıdır. Eləcə də  seçicilərin səsvermə məntəqələrinə maneəsiz və rahat gəlməsi üçün bütün tədbirlər görülməlidir.

Keçidlər