Şriftin ölçüsü :

Saytın rəngi :

Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir

08 oktyabr 2015 | 10:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 sentyabr - 02 oktyabr 2015-ci il tarixlərdə 269  № li tam orta məktəbin bazasında payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.Məktəblilər arasında keçirilən yarış 100 m,2000 m  məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən ibarət olmuşdur. İyirmi beş məktəbin iştirak etdiyi yarışda I yeri 245  № li, II yeri 17  № li, III yeri isə 249  № li tam orta məktəblərin komandaları tutmuşlar.Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası Bakı şəhərində yerləşən ümumtəhsil orta məktəbləri arasında keçiriləcək yarışda rayonumuzu təmsil etmək hüququ qazanmışdır.

Keçidlər