Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Milli Məclisə seçkilərdə ilk dəfə səs verən gənclər üçün məlumatlandırma seminarı təşkil edilib.

23 oktyabr 2015 | 10:00

Xətai rayonunda  Milli Məclisə seçkilərdə ilk dəfə səs verən gənclər üçün məlumatlandırma seminarı təşkil edilib. Tədbirin keçirilməsində məqsəd ilk dəfə seçkilərdə iştirak etmək  hüququ əldə edən gəncləri seçki proseduru ilə bağlı maarifləndirmək, gənclər arasında informasiya çatışmazlığının aradan qaldırılmasına və seçkilər zamanı gənclərin yüksək seçici fəallığına nail olmaqdır.    

       Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva tədbirdə çıxış edərək bildirdi ki, seçkilərə az müddət qalmasına baxmayaraq rayon seçki dairə və məntəqələri tam hazır vəziyyətə gətirilib. Ümumilikdə 169 min 243 seçici qeydiyyata alınıb. Onlardan 1596 nəfəri ilk dəfə səs verəcək. 82 nəfəri isə 18 yaşı seçki günü tamam olur.
       Tədbirdə çıxış edən  Gənclər və İdman İdarəsinin nümayəndələri, Dairə Seçki Komissiyalarının məsul əməkdaşları, rayon ziyalıları öz çıxışlarında vurğuladılar ki,  bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
        Gənclər isə noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak edəcəklərini dedilər.
        Tədbirdə gənclərə seçki hüququndan düzgün istifadə etmə qaydaları, səsvermə günü şəxsin necə səsverməsi, ümumilikdə seçkinin əhəmiyyəti, ölkənin iqtisadi-siyasi mənzərəsi, gənclərin inkişafı üçün mövcud olan imkanlar və digər maraq kəsb edən mövzularda ətraflı məlumatlar verildi.

Keçidlər