Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 245 nömrəli məktəbin komandası qalib olmuşdur.

31 oktyabr 2015 | 11:00

31 oktyabr 2015-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş "Vətənin Müdafiəsinə Hazıram!" poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər rayonları arasında şəhər çempionatı keçirilmişdir.
      Çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və  xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən yarışda rayonumuzu təmsil edən 245   № li tam orta məktəbin komandası birinci yeri tutaraq qalib olmuşdur.
      17 - 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış  100 metr məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən  ibarət olmuşdur.

Keçidlər