Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət bayrağı günü münasibətilə Xətai rayonunda tədbir keçirilib

05 noyabr 2015 | 11:00

Bu gün Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  5 saylı Bakı peşə litseyində tədbir keçirilib.  Tədbir dövlət himninin səslənməsi ilə başladı. Litsey kollektivini əlamətdar gün münasibətilə təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu dedi. Bildirdi ki, Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi qəbul olundu. Bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasında ən böyük örnəyin Prezident İlham Əliyevin olduğunu vurğuladı.                 
        Məhz dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikanın hər yerində, ölkə hüdudlarından kənarda dövlət bayrağı günü kimi qeyd edilir. Ulu öndərin adını daşıyan və milli-mənəvi dəyərlərimizə yüksək ehtiramı ilə seçilən Heydər Əliyev Fondu da dövlət rəmzlərimizin qorunmasını istiqmaətində mühüm xidmətlər göstərir. Digər çıxışlarda isə vurğulandı ki, ölkədə milli mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
         Tədbir çəçivəsində məktəblilərin ifasında Azərbaycan tarixindən bəhs edən səhnəciklər, şerlər, musiqilər səsləndi

Keçidlər