Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət bayrağı günü münasibətilə Xətai rayonunda tədbir keçirilib.

06 noyabr 2015 | 11:00

Dövlət bayrağı günü münasibətilə Xətai rayonundakı  Humanitar Fənlər təmayüllü məktəb-liseydə  tədbir keçirilib.
      Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə  iştirakçılar   şagirdlərin əl işlrəindən ibarət sərgiyə baxdılar.
      Lisey kollektivini əlamətdar gün münasibətilə təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyi, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu dedi. Bildirdi ki, Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi qəbul olundu. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq hər il respublikanın hər yerində, ölkə hüdudlarından kənarda dövlət bayrağı günü kimi qeyd edilir.
      Tədbirdə qeyd olundu ki, ulu öndərin adını daşıyan və milli-mənəvi dəyərlərimizə yüksək ehtiramı ilə seçilən Heydər Əliyev Fondu da dövlət rəmzlərimizin qorunmasını istiqmatində mühüm xidmətlər göstərir.
       Tədbir çəçivəsində məktəblilərin ifasında Azərbaycan tarixindən bəhs edən səhnəciklər, şeirlər, musiqilər səsləndi.
     Sonda Bayraq günündən bəhs edən film nümayiş olundu.

Keçidlər