Şriftin ölçüsü :

Saytın rəngi :

Veloidman üzrə seçim yarışları keçirilib

11 noyabr 2015 | 11:00

11 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər və İdman İdarəsi tərəfindən  260 nömrəli tam orta məktəbdə Veloidman üzrə məktəbdaxili seçim yarışları keçirilmişdir. Yarışda iştirak edən komandaların tərkibi üç oğlan və bir qızdan ibarət olmuş və  VII-VIII sinif şagirdlərini əhatə etmişdir.Yarışın hakimliyini Azərbaycan Velosiped Federasiyası tərəfindən təyin edilmiş hakimlər kollegiyası həyata keçirmişdir. Seçim yarışlarında yüksək nəticə göstərmiş komanda rayon mərhələsində 260 nömrəli tam orta məktəbi təmsil etmək hüququ qazanmışdır.

Keçidlər