12 noyabr Konstitusiya günü münasibətilə Xətai rayonunda tədbir keçirilib.
12 noyabr Konstitusiya günü münasibətilə Xətai rayonunda tədbir keçirilib. Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar.
Rayon icra hakimiyyəti başçının müavini Jalə Abdıyeva Konstitusiyamızın tarixindən danışaraq Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, böyük siyasətçi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlətimiz möhkəmləndi, Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoydu. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
Digər çıxışçılar Azərbaycanda Konstitusiyanın yaranmasından, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlardan danışdılar. Qeyd olundu ki, insanların hüquq və bərabərliyinin, iradə azadlığının qanunlar toplusunda təsbit olunmasını, bunun ümumxalq səsverməsi yolu ilə təsdiqini tapmasını Azərbaycanın gələcəyinə hesablanan uğurlu siyasi addımdır. Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kampazisiya
nümayiş olundu.