Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Yeni Azərbaycan Partiyasının “doğum günü” qeyd edildi

20 noyabr 2015 | 11:00

Yeni Azərbaycan Partiyasının yaradılmasının 23  illiyi münasibətilə Xətai rayonunda keçirilən tədbir partiyanın qurucusu, milli dövlətçiliyimizin və müstəqilliyimizin xilaskarı Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. İştirakçılar ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub xatirəsini ehtirtamla yad etdikdən sonra  YAP Xətai rayon təşkilatının iclas zalına toplaşdılar. 
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov təbrik nitqi ilə toplantını açdıqdan sonra partiyanın tarixi haqqında geniş məlumat verdi.
Toplantıda iştirak edən Milli Məclisin deputatları Eldar İbrahimov və Səməd Seyidov, professor Adil Babayev  də təbrik nitqi ilə çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının 23 illik tarixi Azərbaycanın şərəf tarixidir. Bu tarixə nəzər salanda aydın görünür ki, YAP həmişəki kimi bu gün də Azərbaycanın siyasi taleyində müstəsna rol oynamaqdadır.
Toplantıda çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə bildirdi ki, Yeni Azərbaycan Partiyasının gücünün, qüdrətinin birinci mənbəyi ümummilli lider Heydər Əliyev amilidir. İkinci mənbəyi  onun hazırki sədri İlham Əliyev amili və onun modern, müasir və güclü bir Azərbaycan qurmasıdır. Üçüncü mənbə isə partiyanın 600 mindən çox üzvünün Heydər Əliyev amallarına, İlham Əliyev strateji xəttinə və şəxsiyyətinə sonsuz inamıdır.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin idarə etdiyi müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş və sarsılmaz etmişdir.
R.Məmmədov çıxışını tamamlayaraq bildirmişdir ki,  bu gün hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə YAP Xətai rayon təşkilatının çoxminli üzvlərinin də sadiq qalaraq, bu mərama xidmət etmələri, onların gerçəkləşməsində yaxından iştirak etmələri bizə son dərəcə böyük qürur verir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya biletləri təqdim olundu və ümummilli lider Heydər Əliyevin partiya quruculuğu fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirildi.

Keçidlər