Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlığ və quruculuq işləri çərçivəsində işlər davam etdirilir

26 noyabr 2015 | 11:00

Xətai rayonunda Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı dövlət proqramın icrası uğurla həyata keçirilir. Rayon ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində “nümunəvi həyət”in salınması işləri davam etdirilir
     Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq paytaxtın Xətai rayonunun da simasının gözəlləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə rayon ərazisində yeni yaşılıq zolaqları, park və meydanlar salınır, iməcliklər keçirilir. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə o cümlədən binaların qarşısında  “nümunəvi həyət”in salınması isə görülən işlərin tərkib hissəsidir.  Rayon icra hakimiyyətinin səyyar və yerli qəbullar zamanı sakinlər tərəfindən yeni yaşıllıqların salınması eləcə də qanunsuz zəbt olunan ərazilərin aradan qaldırılması ilə bağlı qaldırlılan məsələlər öz həllini tapır. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq rayonun Şıxlinski küçəsində yol boyu qanunsuz tikilən hasarlar, yarımçıq tikililər sökülür, ərazidə təmizlik və abadlıq işləri həyata keçirilir.
     Bununla yanaşı rayon ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində sözü gedən ərazidə yeni parkın salnması da nəzərdə tutulub. Sakinlərin rahat istirahətini təmin etmək məqsədilə inşa olunacaq nümunəvi park müasir standartlara uyğun şəkildə tikiləcək
Onu da deyək ki, aparılan abadlıq quruculuq işləri, yaşıllıqların salınması  Bakı və Bakı ətrafı   ekoloji tarazlığın qorunmasına və bərpa olunmasına  xidmət edir.

Keçidlər