Xətai rayon İcra Hakimiyyətində 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir.
22 noyabr 2012-ci il tarixində Xətai Rayon təsərrüfatının 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində Kommunal və Xidmət Sahələrinin iştirakı ilə müşavirə keçirilmişdir. Vurğulanmışdır ki, 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Xətai rayon İcra Hakimiyyəti Başçısı cənab Razim Məmmədovun 264 saylı, 02.11.2012-ci il tarixli Sərəncamı ilə “Tədbirlər Planı” və rayon Qərərgahının tərkibi təsdiq edilmişdir.
Rayon təsərrüfatının payız-qış mövsümünə hazırlıqla bağlı rayonun Kommunal və Xidmət Sahələrinin rəhbərləri görülən işlərə toxunumuşlar.
Rayon Enerji Təchizatı və Satış İdarəsinin rəisi qeyd etdi ki, transformator məntəqələrində ümumilikdə 1705 m kabel xətti təmir olunmuş, yeni transformator məntəqəsi inşa olunmuş, abadlıq işləri aparılmış, pərakəndə kabellər kompleksləşdirilmiş, binalarda yenidənqurma işləri aparılmış, 40 ədəd transformator məntəqəsində abadlaşma işləri aparılmış, 35 ədəd ŞO quraşdırılmış,təftiş işləri aparılmış, 4 ədəd paylayıcı panel, 4 ədəd transformator məntəqəsi ÖİN kabellərin çəkilişi davam etdirilir. O cümlədən, H.Aslanov yaşayış sahəsində 2-ci 110 kv-luq yarımstansiyanın yeni xətti dövriyyəyə qoşulmuş və Sahil ys, Liman ys və 227 ys dairəvi sxem üzrə işə qoşulmuşdur.Rayon ərazisində 92000 abonentə xidmət göstərilmiş, 6000 ədəd SMS tipli yeni sayğac quraşdırılmış və ilin sonunadək əlavə 2000 ədəd sayğacın quraşdırılması nəzərdə tutulmuşdur və sayğaclaşma 99% təşkil etmişdir.
Rayon Qaz İstismar Sahəsi tərəfindən S.Mehmandarov, Kənd Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsində həyətlərdə yerləşən mexaniki sayğaclar küçəyə çıxarılaraq smart-kart tipli sayğaclarla əvəz olunduğu, Y.Əliyev, Kazımağa Kərimov, Əbilov, M.Gülgün, A.Məmmədov, 8-ci Qara şəhər, F.Bayramov, H.Salmani, NZS qəsəbəsi Levanovski, Kənd Əhmədli, B.Süleymanov, 3-cü, 5-ci Qəsəbə, E.Süleymanov, 5-ci Əhmədli, R.Bağırov, R.Quliyev küçələrində Naximov yaşayış sahəsində müxtəlif diametrli 76000 pm qaz xəttinin çəkildiyi, H.Aslanov yaşayış sahəsi və Oksigen küçəsində qazlaşma başa çatdırıldığı bildirildi. Ümumilikdə 76260 abonentə xidmət göstərilməsi, abonentlərin mexaniki qaz sayğacı 45000 ədəd Smart-kart tipli sayğacla əvəz olunması, sayğaclaşmanın 98,8% təşkil etməsi qey olundu.
“Azəristiliktəchizat” ASC-nin rayon üzrə fəaliyyət göstərən İstilik Sistemlərinin İstismar Sahələri tərəfindən binaların məhəllədaxili və zirzəmilərdə aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işlərinin aparıldığı, məntəqələrdə, istilik kameralarında avadanlıqların və istilik xətlərinin cari təmir və izolyasiya olunduğu bildirilmişdir. Xocalı prospekti 24a ünvanında yeni qazanxana binası tikilərək müasir avadanlıqlarla təchiz edilmiş, 12 yaşayış binasından 20 ildən çoxdur ki, istilik almayan S.Orucov 1, 2, 3, 13, 14, 25 və M.Mehdizadə 48 saylı binaların həmçinin Xocalı prospekti 22, 24, 24a, Tağızadə 19, M.Mehdizadə 21 saylı binaların aşağı paylama istilik xətləri əsaslı təmir olunaraq istismara hazır vəziyyətə gətirilmiş, binalara gedən 1200 p/m-dən çox magistral və məhəllədaxili istilik xətləri çəkilmiş, Cavanşir küçəsi 11, 19 saylı, Zığ yolu küçəsi 9 saylı, R.Məmmədov küçəsi 159 saylı, X.Məmmədov küçəsi 33, Sadıqcan küçəsi, M.Davud küçəsində 1411 p/m istilik xətləri dəyişdirilmiş, Gen.Şıxlinski küçəsi 15, 19, 21, 23, 25, 37, 39, 39A, 39B, 47, 49 saylı, Gen.Mehmandarov küçəsi 44, 46, 48, 50, 52 saylı binaların məhəllədaxili və aşağı paylama istilik xətləri yenisi ilə əvəz olunmuş, Gəncə prospekti 65 saylı, Gen.Mehmandarov küçəsi 96 saylı, İ.İsmayılov küçəsi 8, 16, 58 saylı və Gen.Şıxlinski küçəsi 57 saylı binaların istilik sistemi investisiya planı ilə əsaslı təmir olunmuş və N.Tusi küçəsi 31 ünvanında yeni qazanxana inşa olunmuşdur. Ərazidə 1 Yüksəldici Nasoslar Stansiyası təmir olunmuşdur. Bildirildi ki,rayon üzrə mərkəzi istilik xəttinə qoşulan 535 yaşayış binasından 2011-2012-ci illərin istilik mövsümündə 382 bina istiliklə təmin olunmuş, 2012-2013-cü il istilik mövsümündə isə 427 (əlavə 45 bina) binanın istiliklə təmin olunması nəzərdə tutulmuşdur.“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Y.Səfərov, Cavanşir, Ç.Kərimov, X.Məmmədov, R.Məmmədov, N.Tusi, Telnov, Gəncə prospekti, Q.Məmmədov, Q.Nəbi, M.Hadi, Zığ yolu, S.Orucov, Xocalı prospekti, H.Tağızadə, R.Əliyev, F.Qəmbərov, Gen.Şıxlinski, S.Ə.Şirvani küçələrində 82 binanın istilik təchizatı bərpa olunmuş və Neapol, Sarayevo, R.Quliyev, X.Məmmədov, Gəncə prospekti, M.Hadi, M.Rüstəmov, Gen.Şıxlinski, Gen.Mehmandarov, A.Cəlilov, R.Əliyev, T.Bayramov küçələrində və Nobel, Babək prospektlərində 77 binanın istilik təchizatının bərpası 2013-cü ildə nəzərdə tutulmuşdur.
Gəncə prospekti 63 və 65 saylı binalarla Gen.Şıxlinski küçəsi arasında olan sürüşmə sahəsində aparılan kompleks tədbirlər çərçivəsində 2011-ci ilin mart ayından başlayaraq “Azəristiliktəchizat” ASC tərəfindən İstilik Enerji Mərkəzi Xətlərinin istilik təchizatı dayandırılmış və nəticədə mərkəzi istilik xəttindən istilik alan 85 yaşayış binası, 10 körpələr evi-uşaq bağçası və 1 səhiyyə obyektinin istiliklə təminatında ciddi problem yaranmışdır.Vurğulandı ki, 2011-ci ildə ərazidə baş vermiş sürüşmə prosesi ilə əlaqədar Baş Nazirin müavini cənab Abid Şərifovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırığa uyğun olaraq sürüşmə sahəsindən keçən mərkəzi istilik xətləri istismardan çıxarılmış və ərazidə yeni istilik mənbəyinin, modul tipli istilik qazanxanalarının inşasına başlanılması üçün aidiyyatı təşkilatlara müvafiq göstəriş verilmişdir.
Qeyd edildi ki, bu məqsədlə hazırda rayonun İ.İsmayılov küçəsi 8 və 17 ünvanında yerləşən B1 və B2 istilik məntəqələrində yenidənqurma işləri aparılır. Məntəqənin qazanxanaya çevrilməsi nəticəsində ərazidə 26 binanın və 2 körpələr evi-uşaq bağçasının istiliklə təmin olunması nəzərdə tutulmuşdur. Müşavirədə Rayon İcra Hakimiyyəti tərəfindən bu sahədə görülən işlərin daha da sürətləndirilməsi qarşıya qoyuldu.
Xətai rayonu küçə işıqları sahəsi tərəfindən piyadaların maneəsiz hərəkətinin təşkili və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün magistral və məhəllədaxili yolların, prospektlərin işıqlandırılması tələb olunan səviyyədə həyata keçirildiyi, təhsil və səhiyyə müəssisələrinin, yaşayış binalarının qarşısının işıqlandırıldığı bildirilmişdir. Nobel prospekti, Zığ şossesində küçələr tamamilə işıqlandırılmış, N.Tusi küçəsində naqillər çəkilmiş, çıraqlar bərpa olunmuş, Neapol küçəsində lampalar dəyişdirilmiş, köşkdə təmir işləri aparılmış, Babək prospektində və Əhmədli qəsəbəsində küçəyə yeni dirəklər quraşdırılmış, Rahib Məmmədov, Cavanşir küçələrində həyətlər işıqlandırılmış, Xocalı prospektində dirəklər dəyişdirilmiş və rayon ərazisində baş verən qəzaların qarşısı alınmışdır.
Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin rayon üzrə fəaliyyət göstərən 2 müəssisəsi tərəfindən 1758 liftə texniki xidmət göstərilmişdir.2012-ci ilin müvafiq dövrü ərzində liftlərin orta aylıq dayanma faizi 33% azalaraq 0,24% təşkil etmişdir. 3 saylı “Baklift” İstehsalat İdarəsi və TEMP Dövlət müəssisəsi tərəfindən istismar müddəti keçdiyi üçün ümumilikdə 18 lift yenisi ilə əvəz olunmuş, 28 liftdə modernizasiya işləri aparılmış, 91 lift əsaslı təmir olunmuşdur.
Xətai Sukanal Departamentinin Su Kəmərləri və Qurğuların İstismar Xidməti tərəfindən rayon ərazisində müxtəlif diametrli 346 pm su xətti dəyişdirilmiş, 944 ünvanda su xətlərində, 72 ədəd nasosxanada cari təmir işləri aparılmış, 102 ədəd nasos, 62 ədəd siyirtmə təmir edilmiş, 4 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmış, 60 ünvanda nasosxanada elektrik təmir işləri aparılmış, 12 ünvanda su anbarı yuyulmuşdur.2192 ədəd kanalizasiya quyuları yuyulmuş, 38 ədəd yağış barmaqlıqları yuyulmuş, Gəncə prospekti boyunca 1570 pm yağış kanalizasiya xətti çəkilmiş, 55 ədəd barmaqlıq quraşdırılmış, R.Bağırov küçəsi boyunca 790 pm yağış kanalizasiya xətti çəkilmiş və 11 ədəd barmaqlıq quraşdırılmış, Babək prospekti 173 pm yağış kanalizasiya xətti çəkilmiş və 10 ədəd barmaqlıq quraşdırılmışdır.
Müşavirənin yekununda 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilən tapşırıqların və göstərişlərin vaxtında yerinə yetiriləcəyi, qarşıya çıxacaq problemlərin operativ sürətdə aradan qaldırılması üçün bütün qüvvələrin səfərbər ediləcəyi bildirilmişdir.