Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Nardaran hadisələri ilə bağlı tədbir keçirilmişdir.

01 dekabr 2015 | 11:00

1 dekabr  2015-ci il  tarixdə Xətai rayonunda yerləşən 5 nömrəli peşə liseyində rayon Ağsaqqaları və din xadimlərinin iştirakı ilə tədbir  keçirilmişdir .
     Görüşdə Xətai rayon icra Hakimiyyətinin Başçısının müavini  Qafur Rəhmanov çıxış edərək bildirmişdir ki son günlər Nardaran qəsəbəsində  bir qrup təxribatçı tərəfindən ölkəmizdə sabitliyi pozmaq məqsədilə İslam dininin humanist dəyərlərinə zidd olan iğtişaşlar törədilmişdir. İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının işçilərinə qarşı silahdan istifadə edilmiş, nəticədə günahsız  vətəndaşlarımız həlak olmuşdur.
      Tədbirdə Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov, rayon Ağsaqqallar şurasının sədri Qurbanəli Əlizadə, 138 saylı məktəbin direktoru Mirfaiq Heydərli, Əhmədli icmasının sədr müavini Məmmədəli Məmmədov  və digər ziyalılar və din xadimləri çıxış edərək, 26.11.2015-ci il tarixdə    Nardaran qəsəbəsində Taleh Bağırzadə və himayədarları tərəfindən törədilmiş cinayət əməllərini birmənalı şəkildə pisləmiş, baş vermiş hadisəyə hüquq mühafizə orqanları tərəfindən lazımı qiymət verilməsini, cinayət əməli törədənlərin tezliklə məsuliyyətə cəlb edilərək ciddi tədbirlər görülməsini tələb etmişlər .

Keçidlər