Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda narkomaniyayla bağlı tədbir keçirilib

01 dekabr 2015 | 11:00

1 dekabr 2015-ci il tarixdə Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 138 saylı orta məktəbdə narkomaniyayla bağlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə marifləndirmə işinin artırılmasıdır.               
\Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısının müavini Qafur Rəhmanov bildirdi ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəxalq əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən  tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq rayon bələdiyyəsi tərəfindən idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu istiqamətdə maarifləndirmə işləri aparılıb, bukletlər paylanılıb.
Tədbirdə çıxış edən Respublika Narkoloji Dispanserinin nümayəndələri,
“Qicslə Mübarizə Mərkəzi”nin əməkdaşları, QHT təmsilçiləri  bildirdilər ki,
ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də  içtimaiyyətin rolu böyükdür. Bu baxımdan belə tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə “Qics və narkomaniyaya qarşı mübarizəyə səndə qoşul” layihəsi çərçivəsində təşkil olunan tədbirlərdə fəallıq göstərən bir qrup şagirdə diplomlar təqdim olundu.
Tədbirin sonunda    “Ağ ölümə yox deyək” adlı film nümayiş olundu.

Keçidlər