Şriftin ölçüsü :

Saytın rəngi :

Badminton idman növü üzrə məktəblilər arasında rayon birinciliyi keçirilmişdir

03 dekabr 2015 | 11:00

2-3 dekabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər və İdman İdarəsi tərəfindən 260 nömrəli tam orta məktəbdə Badminton idman növü üzrə məktəblilər arasında rayon birinciliyi  keçirilmişdir.
     35 məktəbin komandasının iştirak etdiyi yarışda komandaların tərkibi bir oğlan və bir qızdan ibarət olmuş və  VII-VIII sinif şagirdləri iştirak etmişdir.      Yarışın yekun nəticəsinə görə birinci yerə 260 №li, ikinci yerə 64 №li, üçüncü  yerə 95 №li tam orta məktəblərin komandaları layiq görülmüşlər.    Qalib komandalara müvafiq dərəcəli diplomlar və kuboklar, bütün yarış  iştirakçılarına isə sertifikatlar təqdim edilmişdir.
      Yarışda ilk üç yeri tutmuş məktəblərin komandaları gələn ilin yanvar ayında keçiriləcək Bakı şəhər məktəbliləri arasında  yarışda rayonumuzu  təmsil etmək hüququ qazanmışdır.

Keçidlər