Xətai rayonunda Heydər Əliyevin irsinin öyrədilməsi məqsədilə açıq dəsrlərin keçirilməsinə start verilmişdir
4 dekabr 2015-ci il tarixdə Müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə Xətai rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün açıq dərslərin keçirilməsinə başlanmışdır.
Rayonun orta və ali məktəblərinin peşəkar və nüfuzlu müəllimlərinin cəlb olunduğu dərslərdə rayonun 27, 63, 95, 263, 64,221, 56, 138 saylı məktəblərinin ümumilikdə 500 şagirdi iştirak edib.
Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə həsr edilən açıq dərslərdə məktəblilər yüksək fəallıq nümayiş etdiriblər. Tədris prosesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı bilgilər verilmişdir.
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Qafur Rəhmanovun və Bakı şəhər Təhsil İdarəsinin rəisi Hüseyin Əsgərovun da məruzələri dinlənilmişdir.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatmışdır.