Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəbliləri arasında şahmat yarışı keçirilib.

08 dekabr 2015 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 01-04 dekabr 2015-ci il tarixlərdə Xətai rayon Dama-Şahmat Klubunda rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan “Şahmat” idman növü üzrə yarış keçirilmişdir.
Yarışda rayonun 26 məktəb komandası tərkibində 156 nəfər məktəbli (onlardan 52 nəfəri qızlardır) iştirak etmişdir. Olimpiya sistemi üzrə keçirilən yarışda  birinci  yeri 269 №li, ikinci  yeri 25 №li, üçüncü yeri 261 №li tam orta məktəblərin komandaları tutmuşlar.
Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.    
       Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası  “Şahmat” idman növü üzrə  Bakı şəhər məktəbliləri arasında keçiriləcək yarışa vəsiqə qazanmışdır.

Keçidlər