Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı və millət vəkilləri faciə nəticəsində həlak etmiş neftçinin yas mərasimində iştirak etmişlər

09 dekabr 2015 | 11:00

4 dekabr 2015-ci il tarixdə Xəzər dənizinidə “Günəşli” yatağında 10 saylı platformada baş vermiş faciə zamanı həlak olmuş neftçi Habil iskəndərov torpağa tapşırılmışdır.  Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov, millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,  rayon hüquq mühafizə orqanlarının, rayon  MKTB-nin, xidmət sahələrinin rəhbərləri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri və üzvləri, ictimai birliklərin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri yas mərasimində iştirak etmiş, mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı vermişlər.
Məlum olduğu kimi Dekabrın 4-ü axşam saatlarında Xəzər dənizinin “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub. Faciə nəticəsində 33 nəfər xilas edilib, 7 nəfər həlak olmuş, 23 nəfər itkin düşmüş hesab edilir.

Keçidlər