59 nömrəli tam orta məktəbdə "Kəlağayı günü"nə həsr olunmuş tədbir keçirilib
"26 noyabr-Azərbaycan Kəlağayası günü" münasibətilə Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, şəhid Orxan İsmayılovun anası Həcər xanım, "Mirvarid Dilbazi adına Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, birliyin Qalareya və sərgi şöbəsinin sədri Arzu Əliyeva, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu və məktəb kollektivi iştirak edib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov dövlətin tariximizə, mədəniyyətimizə qayğısından, xüsusən də milli - mənəvi irsimizin qorunub saxlanması istiqamətində görülən işlərdən danışıb. Bu işdə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi vurğulayıb. Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Tədbirdə şagirdlərin ifasında bir-birindən maraqlı, rəngarəng çıxışlar hər bir kəsin ürəyincə olub.