59 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun anım günü tədbiri keçirilib
27 oktyabr 2025 | 16:20
27 oktyabr 2025-ci il tarixində Xətai rayonu T.Bağırov adına 59 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun anım günü tədbiri keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdirləri Pənah İmanov və Anar Məmmədov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, şəhid ailələri, qazilər iştirak ediblər.
İlk öncə Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər hazırladıqları şeir nümunələrini söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Tədbir iştirakçıları daha sonra məktəbin həyətindəki şəhidlərin xatirə lövhəsini ziyarət ediblər.
Xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirələrini yaşatmağa davam edirlər.
Allah şəhidlərimizə rəhmət eləsin!






