59 saylı tam orta məktəbdə Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirildi
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Xətai rayon təşkilatının nümayəndələri, şəhid ailələri üzvləri, qazilər iştirak edilblər. Şagirdlərinin əl işlərindən və dadlı təamlardan ibarət sərgi nümayiş olunub.
Çıxış edənlər müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndərin keçdiyi şəfərli ömür yolundan danışıblar.
Şagirdlər dövlət bayrağımıza, Vətənə həsr olunmuş şeirlər, musiqilər səsləndiriblər.
Məktəbin direktoru Pikə Əhmədova bildirib ki, şagirdlərin hazırladıqları təamların satışından əldə olunan vəsait YAŞAT Fonduna köçürüləcək.
Sonda məktəbin şəhid məzunlarının ailə üzvlərinə “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyinin Fəxri fərmanları təqdim edildi.