Xətai rayonunda Əlillər daim diqqət mərkəzindədir.
Beynəlxalq aləmdə əlillərin hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Ölkəmizdə əlillərin sosial müdafiəsinə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Bu sahədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.
Məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi, onların rifahının yüksəldilməsi Xətai rayonunda İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədovun da diqqət mərkəzindədir. Xətai rayon İcra Hakimiyyəti ənənəsinə sadiq qalaraq 03 dekabr 2012-ci ildə , 150 nəfərdən artıq rayon əllilləri üçün bayram süfrəsi təşkil etmişdir. Tədbirdə təşkil olunmuş konsert proqramı əlillərə xüsusi ovqat bəxş etmişdir.