Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü 7 saylı şəhər poliklinikasında qeyd edilib.
9 dekabr 2015-ci il tarixdə ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü Xətai rayonundakı 7 saylı şəhər poliklinikasında qeyd edildi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Bildirdi ki, ulu öndər bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. Böyük rəhbər ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbacana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bununla da respublikamızın səhiyyə sahəsində mövcud olan durğunluğunun aradan götürülməsinə səy göstərilirdi. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq miqyasa çıxmalarına əlverişli şərait yaradırdı. Əsası ulu öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
7 saylı şəhər poliklinikasının baş həkimi Şəlalə Səfərova, 9 saylı uşaq poliklinikasının baş həkimi Aidə Hüseynzadə və digər çıxışçılar bildirdilər ki, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edildi. Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldı.