Xətai rayonunda Heydər Əliyevin irsinin öyrədilməsi məqsədilə açıq dəsrlər keçirilmişdir
11 dekabr 2015-ci il tarixdə Müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə Xətai rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün açıq dərslər keçirilmişdir.
Rayonun orta və ali məktəblərinin peşəkar və nüfuzlu müəllimlərinin cəlb olunduğu dərslərdə rayonun 86,245,261,25,116,24,29,48,55,59 saylı məktəblərinin şagirdləri iştirak edib.
Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə həsr edilən açıq dərslərdə məktəblilər yüksək fəallıq nümayiş etdiriblər. Tədris prosesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı bilgilər verilmişdir.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatmışdır.