YENİ İDMAN MƏRKƏZİ İSTİFADƏYƏ VERİLDİ
15 dekabr 2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə Xətai İdman Mərkəzinin açılışı münasibətilə tədbir rayon icra başçısının müavini Qafur Rəhmanov, Milli Məclisin gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, London Yay Parolimpiya Oyunlarının qalibi Ramin İbrahimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və digər rəsmi şəxslər çıxış edərək, dünyanın idman arenasında artıq özünə layiqli yer tutan ölkəmizin idman həyatında fəal iştirakçılarından birinin də Xətai rayonu olduğunu qeyd etmiş,rayon ərazisində fəaliyyət göstərən idman klubları və respublika əhəmiyyətli idman qurğularınının sırasına yeni qoşulan Xətai İdman Mərkəzinin gələcək fəaliyyətində uğurlar arzulamışlar. Daha sonra mərkəzdə yaradılan şəraitlə tanış olan qonaqlar, mərkəzin idmançıları tərəfindən nümayiş etdirilən bir birindən maraqlı idman nömrələrini izləmişlər. Tədbirin sonunda incəsənət nümayəndələri konsert proqramı ilə çıxış etmişlər.