Şriftin ölçüsü :

Saytın rəngi :

Spartakiadasının proqramı çərçivəsində Basketbol yarışları keçirilib

16 dekabr 2015 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gə­nclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 01-11 dekabr 2015-ci il tarixlərdə 204 və 269 №li tam orta məktəblərin idman zalında rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan oğlanlar arasında “Basketbol” idman növü üzrə ­yarış keçirilmişdir.
Yarışda rayonun 18 məktəb komandası tərkibində 216 nəfər məktəbli iştirak etmiş­dir.Yarışın yekun nəticələrinə görə birinci­ yeri 269 №li, ikinci yeri 257 №li, üç­üncü yeri 204 №li tam orta məktəblərin komandaları tutmuşlar.
Sonda fəxri yerləri tutmuş komandal­ar rayon Gənclər və İdman İdarəsinin dip­lomları ilə mükafatlandırılmışlar.
Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası fevral ayında “Basketbol” idman növü üzrə Bakı şəhər məktəbliləri arasında keçiriləcək yarışa vəsiqə ­qazanmışdır. ­

Keçidlər