Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzilləri qəzalı vəziyyətdə olan sakinlərlə görüş

24 dekabr 2015 | 11:00

23 dekabr 2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2012-ci ilin dekabr ayında Xətai rayonu İlqar Həbibov küçəsi 46 ünvanda baş vermiş qaz partlayışı-yanğın nəticəsində zərərçəkmiş sakinləri qəbul etmişdir.
       İcra Hakimiyyətinin başçısı yanğından zərərçəkmiş mənzillərdə aparılan təmir işlərinin sürətləndirilərək 2016-cı ilin fevral ayınadək sakinlərin istifadəsinə verilməsi və sonuncu ayın  aylıq kirayə haqqının ödənilməsi barədə  tapşırıq vermişdir.
       Qeyd etmək lazımdır ki, 2012-ci ilin dekabr ayından həmin mənzillərin sakinləri kirayə haqqı İcra Hakimiyyəti tərəfindən ödənilməklə evlərlə təmin olunmuşlar.

Keçidlər